• Yaranma tarixi: 31 avqust 2004-ci il
  • Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı və Siyəzən rayonu)
  • Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çölü
  • Rast gəlinən bitki növləri: Palıd, vələs, göyrüş, yemişan, zirinc və s..
  • Rast gəlinən heyvan növləri: canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ,qaratoyuq və s.
  • “Qırmızı Kitab”a daxil olan növlər: Qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s.
  • Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir. Qoruğun ərazisində qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir.Burada illik günəş radiasiyası 125,radiasiya balansı isə 44 kkal/kv.sm təşkil edir.Havanın illik orta temperaturu 10.1 dərəcə müşahidə edilmişdir.Mütləq maksimum (40) və mütləq minimum (-23)temperatur fərqi 63 dərəcəyə çatır.İllik yağıntının miqdarı nisbətən azdır (430mm) onun da 42 %-i ilin isti yarısında yağır.illik buxarlanma illik yağıntıdan 1,4-1,6 dəfə çoxdur ki,bu da rütubətlənmə əmsalının xeyli aşağı düşməsinə səbəb olur. 
  • Milli Parkın ərazisinin 3585 hektarını meşə əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən,itburnu,əzgil,qaratikən və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Təmiz palıd,fıstıq və vələs meşələri azdır.Onlar bir-biri ilə və az miqdarda göyrüş və ağcaqayın ilə qarışıq meşələr əmələ gətirir.
Altıağac Milli Parkı - İnteraktiv xəritə
Sahəsi
11 035 ha
Paytaxdan məsafə
110 km
Parkdan görüntülər